Baş xəbərİdman

“Sağlam Qadın – Sağlam Cəmiyyət” layihəsi baş tutdu

Bugun.tv xəbər verir ki, Gənclər və İdman Nazirliyinin “Sağlam Qadın – Sağlam Cəmiyyət” layihəsi çərçivəsində bu gün Heydər Əliyev Mərkəzinin qarşısında xanımlar üçün tədbir keçirilib.

Tədbirə bütün yaş qruplarından olan xanımlar qoşulublar. Layihənin ilk günü xanımlar mütəxəssislərin rəhbərliyi altında pilatesin sirləri, fəndlər haqqında müxtəlif məlumatlar öyrəniblər.

Qeyd edilib ki, layihənin məqsədi qadınların həyatında idmanın rolunun artırılması və sağlam həyat tərzinə çağırışdır.

Tədbirin su təminatını öz üzərinə götürən Veysəloğlu Şirkətlər Qrupu( Veyseloglu Group of Companies ), qrupa daxil olan “OBA” marketlər şəbəkəsi ( OBA Market ) və “Saf bulaq” su markası xüsusi təşəkkür alıb.

Mənbə: Gənclər və İdman Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu