Dünya

17 milyon işıq ili uzaqlıqda yeni qalaktika aşkarlandı

Bugun.tv xəbər verir ki, ən qabaqcıl kosmik teleskop James Webb, NGC 5068 spiral qalaktikasının görüntüsünü çəkib. Göz qamaşdıran foto qalaktikada parlaq ulduz qruplarını üzə çıxarıb.

Müqayisə üçün qeyd edək ki, Süd Yolunun Yerli Qrup kimi tanınan qalaktikalar məhəlləsi təxminən 5 milyon işıq ili uzaqlıqdadır. Bu isə o deməkdir ki, yeni qalaktika bizə heç də yaxın deyil.

Mashable-da yer alan xəbərə görə, ağ işığın hər nöqtəsi bir ulduzdur. NGC 5068, Süd Yolu Qalaktikası kimi maneəli spiral qalaktikalar arasındadır. Onun mərkəzi çubuq formasına malikdir, uclarından uzanan spiral qolları var. Bu bölgə çox parlaq görünür, çünki ulduzların çoxu orada cəmləşib.

Astronomlar qalaktika mərkəzlərinin təsvirləri ilə ulduzların əmələ gəlməsini daha dərindən araşdırmağı hədəfləyirlər.

Mənbə: TRT Haber

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Polşa Avropanın ən böyük ordusunu qurarkən yerli silah istehsalını artırır

Aynur Camal

İndoneziyadakı meşə yanğınlarının tüstüsü Malayziyada həyatı çətinləşdirir

Aynur Camal

Alimlər süni intellektin insanları aldatması təhlükəsi barədə xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu