Bugun.tv xəbər verir ki, ABŞ-da elm adamları may ayında havadakı karbon qazının səviyyəsinin milyonlarla il ərzində görünməmiş yüksək səviyyəyə çatdığını söyləyib.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) və Kaliforniyadakı Skripps Okeanoqrafiya İnstitutunun alimləri, NOAA-nın Mauna Loa Atmosfer Əsas Rəsədxanasında ölçülən karbon qazının səviyyəsinin milyonda 424 hissə ilə ən yüksək səviyyəyə çatdığı bəlli olub.
“Şimal yarımkürəsində karbon qazının səviyyəsinin 2022-ci ilin may ayı ilə müqayisədə 3,0 ppm, sənayedən əvvəlki dövrlə müqayisədə isə 50 faizdən çox artıb və bu yüksəliş davam edir”.
Atmosferdəki karbon dioksid səviyyəsinin birbaşa insan fəaliyyəti nəticəsində artdığını qeyd edən NOAA Administratoru Rik Spinrad da açıqlama verib. “Hər il baş verən istilik dalğalarında, quraqlıqda, daşqınlarda, meşə yanğınlarında və fırtınalarda iqlim dəyişikliyinin təsirlərini görürük. Ətrafımızda olan həyatı qoruyub saxlamaq üçün hər cür səy göstərməliyik”, – o, bildirib.
Qurumun internet saytındakı məlumat və qrafiklərdə karbon qazının nisbətindəki artımın son on ildə olduğu kimi davam edəcəyi təqdirdə 2035-ci ildə 450 ppm-ə çatacağı müəyyən edilib.
Mənbə: Cumhuriyyet
