Baş xəbərDünya

İŞİD terrorçusu İstanbulda yaxalandı – FOTO

Bugun.tv xəbər verir ki, radikal İslam terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı iraqlı terrorçu İstanbulda yaxalanıb. Belə ki, şəhərdə İŞİD-ə aid ünsürlərin olduğuna dair kəşfiyyat məlumatı alan İstanbul Polis İdarəsinin Kəşfiyyat Şöbəsi və Terrorla Mübarizə İdarəsi bölmələri şübhəliləri addım-addım yaxından təqib edib.

Təhlükəsizlik qruplarının texniki və fiziki təqibindən sonra həyata keçirilən zəncirvari əməliyyatda 9 İŞİD üzvü saxlanılıb. Tutulanlar arasında İŞİD-in sözdə liderlərindən birinin də olduğu müəyyən edilib. Onun Ninova (Mosul) rayon hakimi J.A. olduğu ortaya çıxıb. Türkiyədə fəaliyyətləri təhlükəsizlik bölmələrinə sızan məlumatda onun Esenyurtdakı bir evdə gizləndiyi bildirilib.

Dindirmələr zamanı İraq əsilli terrorçu ona qarşı irəli sürülən ittihamları qəbul edib.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu