28 C
Baku
16 Sentyabr 2026, 21:13
Baş xəbərİdman

“Qarabağ”da şok ayrılıq!

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Ağdam klubu ilə yollarını ayırıb.

Bu barədə Bugun.tv-yə Gündüz Abbaszadə özəl açıqlamasında bildirib.

Qeyd edib ki, “Qarabağ” klubu ilə müqaviləyə qarşlıqlı razılıq əsasında xitam verib.

“Bu gündən sözügedən klubdan rəsmən  ayrıldım. Bu 2 il, 4 ay mənim üçün böyük təcrübə oldu. Mənə etimad göstərən hər kəsə, klub rəhbərliyinə, Əmrah Çəlikələ, Qurban Qurbanova minnətdarlığımı bildirirəm”, -G. Abbaszadə vurğulayıb.

Qeyd edək ki, o 2021-ci ilin fevralından “Qarabağ” klubunun mətbuat xidməti vəzifəsində çalışırdı.

Ondan əvvəl bu vəzifəni Nurlan İbrahimov icra edirdi. O, İkinci Qarabağ müharibəsi zamanı yazdığı statusa görə UEFA tərəfindən cəza alaraq, postundan uzaqlaşdırılmışdı.

Bugün TV

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Səudiyyə Ərəbistanı Məkkənin təhlükəsizliyini “qırmızı xətt” elan etdi

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu