Baş xəbərDünya

Bu ölkəyə yeni baş nazir və nazirlər təyin edildi

Bugun.tv xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinistö Milli Koalisiya Partiyasının lideri Petteri Orponun başçılıq etdiyi hökuməti təyin edib.Finlandiyanın baş nazirliyindən verilən açıqlamaya görə, yeni baş nazir Petteri Orponun quracağı koalisiya hökuməti 19 nazirdən ibarət olacaq.

Qeyd olunub ki, yeni hökumətdə Milli Koalisiya Partiyasından 8, Həqiqi Finlər Partiyasından 7, İsveç Xalq Partiyası və Xristian Demokratlar Partiyasından 4 olmaqla ümumilikdə 19 nazir təyin ediləcək.

Təyinatlar çərçivəsində Əsl Finlər Partiyasının lideri Riikka Purra maliyyə naziri olub. Xristian Demokratlar Partiyasının lideri Sari Essayah kənd təsərrüfatı və meşə təsərrüfatı naziri, İsveç Xalq Partiyasının lideri Anna-Maja Henriksson isə ədliyyə naziri seçilib.Elina Valtonen ölkənin xarici işlər naziri, Antti Hakkanen isə müdafiə naziri olub.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Payızda yorğunluq və yuxululuq niyə artır? Mütəxəssislər səbəbləri açıqlayır

Aynur Camal

Rusiya dörd Avropa ölkəsindən olan şirkətlərin aktivlərini idarəetməyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu