DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olub. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, Lətif Bağışov saxlanılıb. O əvvəllər də məhkum olub. Şəxsi axtarış zamanı ondan 540 qram marixuana aşkarlanıb. Baxış zamanı L.Bağışovun Masallı şəhəri ərazisindəki istifadəsiz tikilidə ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

