DünyaTexnologiya

Avstraliyadan “Twitter”ə xəbərdarlıq!

Bugun.tv xəbər verir ki, Avstraliya Twitter-də artan nifrət nitqinə 28 gün ərzində müdaxilə edilməzsə, platformanın cərimələnəcəyini açıqlayıb.

Avstraliya Elektron Təhlükəsizliyi Ofisinin rəhbəri Julie Inman Grant bildirib ki, Twitter 28 gün ərzində nifrət nitqinə qarşı tədbir görməsə, gecikdirilən hər gün üçün 700 min Avstraliya dolları cərimələnəcək.

Twitter-in Avstraliyada bildirilən hər 3 onlayn nifrət çıxışından birinin məsuliyyət daşıdığını ifadə edən Qrant, platformanın tədbir görməli və istifadəçilərini qoruması lazım olduğuna diqqət çəkdi.

Qrant, Elon Maskın platformanı 2022-ci ildə satın almasından sonra nifrət nitqi ilə bağlı daha çox şikayət aldıqlarını qeyd edib.

Yanvar ayında Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən yazılı açıqlamada, Twitter-in Elon Mask tərəfindən satın alınmasından sonra irqçiliyi əks etdirən terminlərin artması pislənib.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Arakçidən tənqid: “İsrailin hərəkətləri qanuni sayılır, İranın müdafiəsi isə qınanır”

Aynur Camal

NATO: İrandan Türkiyəyə yönələn ballistik raketlər uğurla zərərsizləşdirilib

Aynur Camal

Cənubi Koreyada İslama maraq artır: əsas səbəb dini təlim proqramlarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu