Dünya

“Qoşunlarımız cənub və şərqə doğru irəliləyiblər”

Bugun.tv xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar  qoşunların cənub cəbhəsində Berdyansk istiqamətində 1300 metr, şərqdə isə Bəhmut istiqamətində 1500 metrə qədər irəlilədiyini bildirib. “İrəliləyirlər. Eyni zamanda, düşmən Port, Avdiyivka və Marinka istiqamətində hücumlarını davam etdirir, lakin uğursuzdur”.

Ukrayna ordusunun cənub cəbhəsində Rivnopil-Volodine istiqamətində müvəffəqiyyət qazandığını qeyd edən nazir müavini, hazırda ələ keçirilən ərazilərdə möhkəmləndiklərini və qarşı tərəfin ciddi itkilər verdiyini deyib. Ukrayna ordusunun Zaporojya və Melitopol istiqamətində rusları məhv etməyə davam etdiklərini iddia edən Malyar, rusların müdafiə üçün əlavə qoşunlarını geri çəkdiyini deyib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

BMT: Dünyada 117 milyondan çox insan məcburi köçkün vəziyyətindədir

Aynur Camal

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu