Dünya

Parlamenti 15 yaşdan kiçiklər üçün sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qanun layihəsini təsdiqlədi

Bugun.tv xəbər verir ki, Fransada Milli Assambleya 15 yaşından kiçik istifadəçilərin sosial media platformalarında qeydiyyatdan keçməsi və istifadə etməsi üçün valideynlərin razılığını tələb edən qanun layihəsini qəbul edib. Qanun layihəsinin yekun hesab edilməsi üçün parlamentin hər iki palatası reqlamenti təsdiqləməlidir. Müvafiq olaraq, platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər. Qaydalara uyğun gəlməyən platformalar dünya üzrə dövriyyəsinin 1%-i qədər cərimələnə bilər.

TRT Haberin məlumatına görə, qanun layihəsi Fransa parlamentinin digər qanadı olan Senatda yenidən müzakirə olunacaq.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Kosmosda niyə qəbizlik yaşanır

Aynur Camal

Dünyada ət qıtlığı təhlükəsi artır

Aynur Camal

Rusiya dizel ixracını daha bir ay qadağan edən sənəd hazırlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu