3 C
Baku
27 Yanvar 2026, 22:09
DünyaHadisə

Fransada üsyançılar bazarı yandırdılar

Bugun.tv xəbər verir ki, Nanterre şəhərində öldürülən 17 yaşlı yeniyetmə üçün başlayan iğtişaş bütün ölkəyə yayılıb. Qəzəblənən qrup tərəfindən yandırılan bazardan çıxan tüstülər səmanı bürüyüb.

Üsyançılar günlərdir davam edən əməllərindən geri çəkilmirlər. Polis gülləsi ilə öldürülən 17 yaşlı Nael M. adlı müsəlman gənc üçün küçələrə çıxan insanlar az qala ölkəni yandıracaqlar.

Digər tərəfdən, bu prosesdən istifadə edən talançılar bazarları da talayıblar.

Bu müddət ərzində çoxsaylı həbslər edilib. Daxili işlər naziri Gerald Darmanin şəhərə əlavə qüvvələrin gəldiyini və 80-dən çoxunun Marseldə olmaqla 270 nəfərin saxlanıldığını açıqlayıb.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Trump “Paris Anlaşması”dan rəsmi olaraq çıxdı

Aynur Camal

Qısa gündüz yuxusu beyin funksiyasını bərpa edir və öyrənmə qabiliyyətini artırır

Aynur Camal

Ən son sağlamlıq geyimləri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu