12 C
Baku
14 Mart 2026, 19:04
Mədəniyyət

Yeni kitap çap olundu

Bugun.tv xəbər verir ki,  AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının rəhbərliyi altında həmkarlarımız Günel xanım Musayeva və Samirə xanım Həbibbəyli ilə birlikdə yazdığımız “Heydər Əliyev və Qafqaz problemləri” adlı kitab çap olunub.

Bu barədə tarixçi Elnur Kəlvizadə sosial şəbəkədə məlumat verib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, rəyçiləri siyasi elmlər doktoru Hikmət Babaoğlu, tarix elmləri doktoru, professor Qasım Hacıyev, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, tarix elmləri doktoru, professor Şirxan Səlimovdur.

Mötəbər mənbə və ədəbiyyatlardan istifadə edilməklə yazılmış kitabda Ulu öndər Heydər Əliyevin Qafqaz problemlərinə münasibəti araşdırılmışdır. Heydər Əliyevin çıxışları, nitqləri və müsahibələrinin toplandığı “Müstəqilliyimiz əbədidir” çoxcildliyi əsasında onun Qafqaz məsələlərinə baxışları, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ, həmçinin Çeçenistan, osetin-inquş, gürcü-abxaz, Tsxinvali (gürcü-osetin), Samtsxe–Cavaxeti münaqişələrinin dinc siyasi vasitələrlə tənzimlənməsi, Azərbaycan Respublikasının Rusiya, Gürcüstan, Türkiyə və İranla münasibətlərinin inkişaf etdirilməsində fəaliyyətləri tədqiq olunmuşdur. Kitab regionşünaslar, politoloqlar, tarixçilər, diplomatlar, siyasətçilər, tələbələr, magistrlar, həmçinin Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabla AMEA Qafqazşünaslı İnstitutunun rəsmi internet saytında tanış olmaq mümkündür.

Kəmalə Sultan

Oxşar xəbərlər

Чингиз Абдуллаев: «Эль Бакуви – это Моцарт поэтического слова»

Aynur Camal

Выдающийся писатель Чингиз Абдуллаев о творчестве Эль Бакуви

Aynur Camal

“Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu