Baş xəbərHadisə

Mikroavtobus aşdı: 4 ölü, 10 yaralı var – FOTO

Bugun.tv xəbər verir ki, Ərzincanda mikroavtobusun şarampole aşması nəticəsində qohum olduqları öyrənilən 4 nəfər ölüb, aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb.

Hadisə Ərzincan-Sivas yolunun 40 km-də, Sakaltutan Geçidi məntəqəsində baş verib. Qəza yerinə təcili yardım, polis və xilasetmə qrupları cəlb edilib.

Qəzada mikroavtobusun sürücüsü Mukaddes K., Erkan K. və Mehmet K. Ölüb. Aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb. Onlar təcili yardım maşınları ilə Ərzincan Binəli Yıldırım Universiteti Mengücek Qazi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Mikroavtobusdakı şəxslərin toy üçün getdikləri İstanbuldan Ərzuruma qayıtdıqları öyrənilib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

YAP-ın VIII Qurultayı keçirildi

Aynur Camal

Məktəb şagirdlərinin etirazları genişlənir

Aynur Camal

Hollandiyada miqrasiya əleyhdarları polislə toqquşdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu