Baş xəbərDünya

Bu ölkələr arasında dövlət sərhədlərinin müəyyən edilməsi prosesi başa çatdı

Bugun.tv xəbər verir ki, Qazaxıstanla Özbəkistan arasında 19 il davam edən dövlət sərhədlərinin müəyyən edilməsi prosesi başa çatıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov mətbuat konfransında bildirib ki, iyulun 4-dən Qazaxıstan-Özbəkistan dövlət sərhədinin müəyyən edilməsinə dair saziş hər iki ölkədə qüvvəyə minib.

Sözügedən sazişin 2022-ci il dekabrın 2-də prezidentlər tərəfindən imzalandığını və daha sonra iki ölkənin parlamentləri tərəfindən təsdiqləndiyini qeyd edən Smadiyarov, bununla da Qazaxıstan və Özbəkistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı 19 illik prosesin tamamilə başa çatdığını açıqlayıb.

Qazaxıstanın Özbəkistanla 2357 kilometr uzunluğunda sərhədi olduğunu qeyd edən Smadiyarov əlavə edib ki, 8 min səhifədən ibarət müqavilə ilə iki ölkə arasında dövlət sərhədi 1301 nişanla müəyyən edilib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Bağ evində qalan tikinti materiallarından nə hazırlamaq olar: faydalı və sadə ideyalar

Aynur Camal

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu