Image default
Baş xəbərİdman

“Qalatasaray” SOCAR-la sponsorluq müqaviləsi imzaladı

Bugun.tv xəbər verir ki, “Qalatasaray” futbol klubu Azərbaycanın enerji nəhəngi SOCAR ilə 3 illik sponsorluq müqaviləsi imzalayıb.

Açıqlamada Azərbaycanın enerji nəhəngi SOCAR-la bağlanan sponsorluq müqaviləsi ilə bağlı aşağıdakı ifadələr yer alıb: “Qalatasaray” İdman Klubu ilə Azərbaycanın enerji nəhəngi SOCAR arasında 2023-2024-cü illər mövsümündən başlayaraq bütün filialları əhatə edən üç illik Sponsorluq Reklamı və Tanıtım Hüquqları müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, UEFA təşkilatı çərçivəsində sarı-qırmızılı komandanın bütün Avropa matçlarında geyinəcəyi formanın sinəsində “Qalatasaray” İdman Klubunun enerji sponsoru olan SOCAR da yer alacaq”, – məəlumatda bildirilib.

Mənbə: Ensonhaber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ-Türkiyə strateji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Aynur Camal

BMT Qərb ölkələrini Əfqanıstanla əlaqələri bərpa etməyə çağırıb

Aynur Camal

Dünya Kubokunda dörddəbir finalın bütün iştirakçıları müəyyənləşdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu