14 C
Baku
30 Aprel 2026, 14:28
Baş xəbər

Nazir Söyüdlü kəndi ilə bağlı açıqlama verdi

Bugun.tv xəbər verir ki, Gədəbəy rayonunun Söyüdlü kəndində Səhiyyə Nazirliyi tərəfindən monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə görə, kənddə sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib. Nazir bildirilib ki, Gədəbəy rayonun Söyüdlü kəndində xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır.

“Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib. 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub”, – deyə nazir qeyd edib.

Mənbə: Azərtac

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu