Baş xəbərHadisə

İki aylıq körpənin bədənindən iynə çıxdı

Bugun.tv xəbəbr verir ki, 2 ay əvvəl doğulan və davamlı ağlayan körpənin ayağından 4 santimetrlik iynə tapılıb.

Hadisə İğdırda baş verib. Üçüncü övladını dünyaya gətirən Özlem Gökdere Adəm adını verdiyi oğlunun bütün yoxlanışlardan keçdikdən sonra xəstəxanadan buraxıldığını deyir.

Övladı daim ağlayan ana “qazı var, körpədir” deyə vəziyyətə əhəmiyyət verməyib. Günlər keçdikcə uşağın narahatlığının artdığını görən ailə övladlarını xəstəxanaya aparsa da, heç bir mənfilik olmayıb.

Bir gün ana Gökdere oğlunu yuyundurarkən ayağının arxasında səpgi görüb. Bunu həşərat dişləməsi olduğunu düşünüb. Ertəsi gün uşaq bezini dəyişdirərkən səpgilərin olduğu yerdə bir dəmir parçası görüb. Dəmiri çəkən ana körpənin ayağına ilişmiş 4 düymlük iynə parçası ilə qarşılaşıb.

Yaşadıqları vəziyyətdən şoka düşən ailə uşaqları dərhal xəstəxanaya aparıb. Xəstəxanada aparılan analizlərdə bədəndə başqa heç bir şey tapılmadıqda, Ademin körpəsinin 2 aydır injektor iynəsi ilə yaşadığı və onun davamlı ağlamasına səbəb olduğu ortaya çıxıb.

İynənin uşağın bədəninə kənardan girdiyini bildirən səlahiyyətlilərə əsəbiləşən ailə məhkəməy müraciət edib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu