Günel Gözəlovaya vəzifə verildi
Baş xəbər

Tanınmış teleaparıcıya MTV Azərbaycan kanalında baş redaktor vəzifəsi verildi  

Bugun.tv xəbər verir ki, telejurnalist, aparıcı Günel Gözəlova MTV Azərbaycan televiziya kanalının Baş redaktoru vəzifəsinə təyin olunub.

24 illik fəaliyyəti dövründə Azərbaycan Dövlət Televiziyası “Səhər-İnformasiya deparamenti”ndə aparıcı-redaktor, “Lider TV və Azərbaycan Radiosu” MMC-də reportyor, aparıcı, “Gənclər” redaksiyasının Baş redaktoru “Lider xəbər” Departamentinin rəis müavini, ana xəbərin aparıcısı – müdiri, Azərbaycan Memarlıq və İnşaat Universitetində mətbuat katibi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü kimi fəaliyyətini davam etdirib.

Günel Gözəlova Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse-Prezidenti kimi də çalışıb. Telejurnalist, eyni zamanda “Bizim Yol” MMC-nin icraçı direktoru, bizimyol.info-nun məsul redaktoru kimi fəaliyyətini davam etdirib.

O, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika kafedrasında da işləyib. Tələbələrə Azərbaycan və Beynəlxalq jurnalistika üzrə tədris edib.

Qeyd edək ki, Günel Gözəlova ”Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədridir.

Fəaliyyəti dövründə xəbər aparıcısı, telereportyor, redaktorluqla yanaşı, bir sıra sənədli filmlərin – Azərbaycanın Birinci xanımı, Mehriban Əliyevanın doğum gününə həsr olunan “Bir İnci Xanım”, aprel döyüşlərində şəhid olan 3 pilot Milli qəhrəmanımızdan bəhs edən “Şahinlər”, Milli Paralimpiya Komitəsinin 20 illiyi ilə bağlı “Hünərin gücü”, Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mübariz”, Azərbaycanda keçirilən 1-ci Avropa Oyunlarına aid “İntibahın zirvəsi”, Uşaq onkologiyası haqqında “Xilaskar”, Milli Onkologiya Mərkəzinin baş direktoru, məşhur onkoloq Cəmil Əliyevdən bəhs edən sənədli film, və onkoloji xəstəliklər haqqında “İkinci həyat” adlı ekran əsərinin ssenari müəllifi və redaktoru olub.

Günel Gözəlova Televiziya və radio sahəsində xidmətlərinə görə, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.

Bugün TV

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu