30.7 C
Baku
11 Avqust 2026, 16:42
İsveç konsulluğu
Baş xəbərHadisə

İsveçin İzmir Konsulluğuna silahlı hücum oldu!

Bugun.tv xəbər verir ki, İzmirdə İsveç Fəxri Konsulluğu binası qarşısında silahlı hücuma məruz qalan qadın xəstəxanaya aparılıb, şübhəli şəxs nəzarətə götürülüb.

İzmir Valiliyindən verilən məlumata görə, Əminə T. Cümhuriyyət bulvarında yerləşən binanın qarşısında əqli qüsurlu Z.O.-nun silahlı hücumu nəticəsində yaralanıb.

Bədəninin müxtəlif yerlərindən xəsarət alan və həyati təhlükəsi olan qadın Tepecik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Qeyd edək ki, o, İsveçin Alsancakdakı fəxri konsulluğunda katib vəzifəsində çalışıb.

Şübhəli cinayət silahı ilə saxlanılıb. Polis araşdırmalara başlayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tam Günəş tutulması hansı ölkələrdən izlənilə biləcək?

Aynur Camal

179 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı bəzi qurumlarda axtarış aparıldı

Aynur Camal

Qəzzadakı hücumlar mülki əhalini təhlükəyə almaqda davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu