24 C
Baku
25 Sentyabr 2026, 18:16
ambulans
Baş xəbərHadisə

Bıçaqlı davada uşaq ölüb

Bugun.tv xəbər verir ki, İzmirin Ödəmiş rayonunda bıçaqlı davada 1 uşaq ölüb, 1 uşaq yaralanıb. Cümhuriyyət Məhəlləsində dünən gecə saatlarında naməlum səbəbdən çıxan davada 17 yaşlı Furkan T 16 yaşlı K.E-ni bıçaqla yaralayıb. Bu arada qardaşının yaralandığını görən İ.E əlindəki bıçağı götürdüyü Furkan T-ni yaralayıb. Yaralılar təcili yardımla Ödəmiş Dövlət Xəstəxanasına aparılıb.

“TRT Haber”in məlumatına görə, İzmir Bozyaka Təhsil və Araşdırma Xəstəxanasına köçürülən Furkan T-ni müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb. Digər yaralı K.E.-nin də İzmir Katip Çələbi Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparıldığı, həyati təhlükəsinin olmadığı öyrənilib. Şübhəli İ.E. da polis tərəfindən saxlanılıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 11-ci Ayurveda Gününü qeyd etmək məqsədilə festival təşkil etdi

Aynur Camal

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu