7 C
Baku
28 Yanvar 2026, 21:14
Baş xəbər

Prezident Administrasiyasına yeni tapşırıq verilib

Bugun.tv xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmana əsasən, Prezidentinin Administrasiyası iki ay müddətində “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Report”un məlumatına görə, bundan əlavə, Prezident Administrasiyası normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Nazirlər Kabineti isə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mənbə: “Report.az

 

Bugün TV

Oxşar xəbərlər

Politoloq: “Azərbaycan əleyhinə kampaniyalarda türk xalqlarından istifadə olunur”

Aynur Camal

ABŞ-ın hərbi gəmi qrupu Orta Şərqə daxil oldu

Aynur Camal

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu