2 C
Baku
11 Fevral 2026, 8:59
Baş xəbərSosial

İstirahət edən vətəndaşların nəzərinə

Çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir.

Bugun.tv xəbər verir ki, bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.

Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar.

DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycan və ABŞ strateji tərəfdaşlıq sənədi imzaladı

Aynur Camal

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

Aynur Camal

“Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq” – Vüqar Bayramovdan açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu