Baş xəbərDünya

Avtomobil sürücü ilə birlikdə evin damında ilişib qaldı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatının sakinləri maraqlı qəzanın şahidi olublar. Qəsdən suötürücü boruya vurduğu ehtimal edilən avtomobilin sürücüsü maşını ilə birlikdə evin damında ilişib qalıb.

ABŞ-ın Pensilvaniya ştatında avtomobil yolda suötürücü boruya çırpıldıqdan sonra havaya qalxaraq iki mərtəbəli evin damından aşıb.

Bir neçə dəqiqə ərzində hadisə yerinə çatan qruplar avtomobilin evin damında ilişib qalması və sürücünün avtomobildən çıxa bildiyini görüblər.

Yanğınsöndürənlər 3 saata yaxın mübarizə apararaq avtomobili damdan çıxarıb. Avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.

Diqqət çəkən bir detal isə polisin sürücünün qəsdən suötürücü boruya çırpılması və avtomobilinin dama uçmasına səbəb ola biləcəyi ehtimalını nəzərdən keçirməsi olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bağ evində qalan tikinti materiallarından nə hazırlamaq olar: faydalı və sadə ideyalar

Aynur Camal

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu