Image default
Baş xəbərTexnologiya

Çin uzaqdan zondlama aparan gəmiizləmə peyklərini orbitə buraxdı

Bugun.tv xəbər verir ki, Çin kosmosa gəmilərin naviqasiyasını izləmək üçün istifadə edilən uzaqdan zondlama aparan “HEAD-3” peyklərini göndərib.

Sinxua agentliyinin xəbərinə görə, HEAD-3 A, B, C, D və E peykləri Kuaycou-1A raketi ilə Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən orbitə buraxılıb. Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə eniblər.

Buraxılış Kuaycou -1A ilə 28-ci uğurlu nəqliyyat missiyası idi.

Qərargahı Pekində yerləşən HEAD Aerospace şirkəti tərəfindən hazırlanmış və Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası (SAST) tərəfindən istehsal edilən HEAD peykləri gəmilərin Avtomatik İdentifikasiya Siqnallarını (AIS) aşkar edə, yeri və naviqasiya izləmə məlumatlarını ötürə bilər.

Mikro ölçülü peyklərin 48 hissədən ibarət olan “Skywalker” bürclər şəbəkəsinin bir hissəsini təşkil etməsi planlaşdırılır.

Bugün TV

Oxşar xəbərlər

Rubin Rəsədxanası kainatı 10 il ərzində fasiləsiz müşahidə edəcək

Aynur Camal

Yeni elmi ekspedisiyaya: Buzlaqların əriməsinin iqlimə təsiri araşdırılır

Aynur Camal

Ceyhun Məmmədov: 15 İyul Türkiyə xalqının iradə və həmrəyliyinin simvoludur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu