Baş xəbərDünya

Baş verən yanğında 500 hektara yaxın ərazi məhv olub

Bugun.tv xəbər verir ki, Fransanın cənubundakı Orta Pireney adalarında baş verən yanğın 500 hektar meşə sahəsinə ziyan vurub. Fransanın Mərkəzi Pireney Qubernatorluğundan verilən açıqlamaya görə, bölgədəki Saint-Andre, Sorede və Argeles-sur-Mer yaşayış məntəqələrində dünən başlayan yanğın ancaq səhər saatlarında nəzarət altına alına bilib. Bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu yanğınsöndürən təyyarələr də yanğına müdaxilə edib, təxminən 500 hektar meşə sahəsi məhv edilib. 3000 nəfər təxliyə edilib, 50-dən çox insan alov və tüstüdən zərər çəkib. 4 düşərgəyə ziyan vuran yanğın səbəbiylə ətrafdakı 3 min insan təhlükəsizlik məqsədi ilə təxliyə edilib.

TRT Haber-in məlumatına görə, Bundan əlavə, alov və tüstüdən 20-si yanğınsöndürən də daxil olmaqla 50-dən çox insan xəsarət alıb. Nəzarət altına alınan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Fransanın daxili işlər naziri Gerald Darmanin yanğına cavab vermək üçün bütün imkanların səfərbər edildiyini bildirib və bölgədəkiləri ayıq-sayıq olmağa çağırıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu