DünyaHadisə

Nümayişlərə müdaxilə nəticəsində 11 fələstinli yaralandı

Bugun.tv xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirilən nümayişlərə İsrail qüvvələrinin müdaxiləsi nəticəsində 11 fələstinlinin yaralandığı bildirilib.

Fələstinlilər hər həftə olduğu kimi, cümə namazından sonra İsrailin qeyri-qanuni yəhudi məskunlaşma fəaliyyətlərinə etiraz ediblər.

Bu həftəki nümayişlərin ünvanı Nablusdakı Beyt Decen, Karyut və Kalkiyanın şərqindəki Kefr Kaddum olub.

İsrail qüvvələri canlı və rezin güllələrdən və gözyaşardıcı qaz qumbaralarından istifadə edərək fələstinliləri dağıtmağa çalışıb.

Kefr Kaddumdakı Xalq Müqavimət Komitələrinin koordinatoru Murad Şitivi verdiyi yazılı açıqlamada, İsrail qüvvələrinin Kefr Kaddumda nümayişçilərə rezin güllələrlə müdaxiləsi nəticəsində 10 fələstinlinin yaralandığını, onlarla insanın gözyaşardıcı qazdan təsirləndiyini bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu