Baş xəbərHadisə

Rusiya Aerokosmik Qüvvələrinin komandanı Surovikin vəzifəsindən azad edildi

Bugun.tv xəbər verir ki, Rusiyanın RİA Novosti xəbər agentliyi ötən il Ukraynadakı Rusiya qoşunlarına da rəhbərlik edən Aerokosmik Qüvvələrin komandanı Sergey Surovikinin vəzifəsindən azad edildiyini açıqlayıb.

RİA Novosti-nin xəbərində 2022-ci ilin oktyabr-dekabr ayları arasında Ukraynada Rusiya qoşunlarına komandanlıq edən Hava-Kosmik Qüvvələrinin komandanı Sergey Surovikinin vəziyyəti ilə bağlı məlumatlar yer alıb.

Surovikinin Rusiya Aerokosmik Qüvvələri komandanlığından uzaqlaşdırıldığı bildirilən xəbərdə onun yerinə müvəqqəti olaraq Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Əfzalovun təyin olunduğu qeyd  edilib.

İyunun 24-də Vaqner muzdlu qruplaşmasının Rusiya administrasiyasına qarşı üsyanında Surovikin video yayımladı və Vaqneri silahı yerə qoymağa çağırdı.

İğtişaşdan sonra Rusiya mətbuatında çıxan bəzi xəbərlərdə Vaqnerin silahı yerə qoyması çağırışına baxmayaraq, Surovikinə qarşı istintaq başladıldığı və onun ev dustaqlığında saxlandığı iddia edildi.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycanda külək enerjisi istehsalında rekord artım qeydə alınıb

Aynur Camal

Vüqar Bayramov: İtaliya ilə iqtisadi əməkdaşlıq qeyri-neft sektorunda yeni imkanlar açır

Aynur Camal

İlham Əliyev İslam İnkişaf Bankı nümayəndə heyətini qəbul edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu