DünyaHadisə

Bakteriya ilə çirklənmiş içki qəbul edən 3 nəfər öldü

Bugun.tv xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatının Tacoma şəhərində dondurma aparatlarının düzgün təmizlənməməsi səbəbindən ortaya çıxan Listeria bakteriyası ilə çirklənmiş “milkshake” adlı içkini qəbul edən 3 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Vaşinqton Ştat Səhiyyə Departamenti rəsmiləri Frugal adlı restoranda dondurma aparatlarının təmizlənməməsinin qidadan qaynaqlanan listerioz epidemiyasına səbəb olduğunu və bu bakteriyasına yoluxanların həyatlarını itirdiyini, 3 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

Vaşinqton Dövlət Səhiyyə Departamenti 27 fevral və 22 iyul tarixlərində xəstəxanaya yerləşdirilən altı nəfərin də süd kokteyllərindən eyni Listeria bakteriyası ilə xəstələndiyini müəyyən etdi.

Xəstələnən 6 nəfərin 40-79 yaş arasında olduğu və immun sistemlərinin zəiflədiyi bildirilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu