Baş xəbərİqtisadiyyat

Brent markalı neftin bir barelinin qiyməti 82,88 dollardır

Bugun.tv xəbər verir ki, beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 82,88 dollara satılır.

Dünən günü 83,21 dollarla tamamlayan Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:24-ə olan bağlanışla müqayisədə 0,40 faiz azalaraq 82,88 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 78,52 dollardan alıcı tapdı.

Qiymətlərin enişində bəzi ölkələrdən gələn zəif iqtisadi məlumatlar və ABŞ-ın faiz siyasətindəki qeyri-müəyyənliklər təsirli olub. Qlobal neft tələbinin azalması və neft təklifinin artması ilə bağlı narahatlıqlar qiymətlərin enməsinə dəstək verir.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmiləri və Avropa Mərkəzi Bankı, İngiltərə Bankı və Yaponiya Bankının nümayəndələri bu həftə ABŞ-ın Vayominq ştatında illik toplantısı üçün bir araya gələcəklər.

Bugün TV

Oxşar xəbərlər

“Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçiriləcək

Aynur Camal

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Aynur Camal

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu