Baş xəbərHadisə

Park edilmiş 5 avtomobilin üzərinə ağac aşdı

Bugun.tv xəbər verir ki, Antalyanın Muratpaşa rayonunda çürüyən çinarın budaqlarının qırılaraq aşması nəticəsində park edilmiş 5 avtomobilə ziyan dəyib. Yanğınsöndürmə və bələdiyyə qruplarının işi nəticəsində budaqlar avtomobillərdən çıxarılıb. Vəziyyəti öyrənən avtomobil sahibləri də hadisə yerinə gəlib. Avtomobili zədələnən taksinin sahibi axşam saatlarında xarab olan avtomobilini bələdiyyəyə bitişik ərazidə saxladığını bildirib.

TRT Haberin məlumatına görə, düşən böyük budaqlar səbəbiylə avtomobilində ciddi ziyan meydana gəldiyini izah edən şəxs “Şüşə partladı, üst bamper xarab oldu və təxminən 15-20 min lirə ziyan gördük” dedi.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: İtaliya ilə strateji tərəfdaşlıq iqtisadi əlaqələri daha da gücləndirəcək

Aynur Camal

“Prezidentin sammitdəki çıxışı Azərbaycanın prinsipial siyasətini bir daha nümayiş etdirdi”

Aynur Camal

Çində fişəng zavodunda partlayış: 26 nəfər ölüb, 61 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu