DünyaHadisə

Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 2 nəfər öldü, 12-si yaralandı

Bugun.tv xəbər verir ki, Adanada yük maşınına arxadan dəyən sərnişin avtobusunun sürücüsü və köməkçisi həyatını itirib, 12 sərnişin yaralanıb.

Giresun-Hatay ekspedisiyasına çıxan Mustafa Erdenin rəhbərliyi ilə Ali Osman Ulusoy şirkətinə məxsus sərnişin avtobusu Adana-Pozantı avtomobil yolunda, Soğukpınarda sürücüsü hələ məlum olmayan kalsit yüklü maşına çırpılıb.

Qəzada avtobus sürücüsü Erden və köməkçisi Müslüm Berçin hadisə yerində dünyasını dəyişib.

Yaralı 12 sərnişin 112 Təcili Sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.

Mənbə: TRT Haber

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Şahzadə Corcun çəkdiyi balıqçıl quşunun rəsmi jurnalda dərc olunub

Aynur Camal

Təbii bakteriyalar kartof və buğdanın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırdı

Aynur Camal

Tramp və Netanyahu arasında İranla bağlı telefon danışığının gərgin keçdiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu