Baş xəbərHadisə

Palet anbarı alovlara təslim oldu

Bugun.tv xəbər verir ki, Adanada palet anbarında yanğın baş verib. Xəbər üzərinə polis və Adana Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları hadisə yerinə sövq edildi. Hadisə yerinə gələn polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görərək evlərindən çıxan vətəndaşları alovlara yaxınlaşmağa qoymayıb. Yanğınsöndürmə briqadaları yüksələn alovun ətrafdakı evlərə və iş yerlərinə keçməsinin qarşısını almaq üçün mübarizə apararkən, polis TOMA (İcma İnsidentlərə Müdaxilə Vasitəsi) ilə işə dəstək verib. Yanğın nəticəsində iş yerinə ziyan dəyib, qruplar tərəfindən nəzarət altına alınıb.

TRT Haberin məlumatına görə, soyutma işlərini davam etdirən qruplar yanğının səbəbi ilə bağlı işlərini davam etdirir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Aynur Camal

Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə 3 il müddətində müavinət ödəniləcək, mənzillərinə çıxarış veriləcək

Aynur Camal

Şəfa ilə yazılan ömür yolu – Ələddin həkimin 69 yaşı tamam olur

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu