Baş xəbərHadisəKriminal

Narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, Qubada son 3 ayda narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 3 ay ərzində rayon ərazisində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram çəkidə 95 ədəd çətənə kolu çıxarılıb.

Bundan başqa rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən 8 ton 11455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu