Baş xəbərHadisə

Midibüs dərə yatağına aşdı: 23 yaralı var

Bugun.tv xəbər verir ki, Muğlanın Bodrum rayonunda sərnişin avtobusunun dərə yatağına aşması nəticəsində 23 nəfər yaralanıb. Xəbərdarlıq üzərinə çoxlu sayda sağlamlıq, polis və xilasetmə qrupu qəza yerinə sövq edilib. Yaralıların çoxu ətrafdakı insanların köməkliyi ilə midibüsdən çıxarkən, bəziləri isə qruplar tərəfindən avtomobilin sınıq şüşələrindən çıxarılıb. 23 nəfəri sağlamlıq qrupları tərəfindən rayon xəstəxanalarına aparılıb. Suötürücüdə olan midibüs yenidən aşmaq ehtimalına qarşı yanğınsöndürən maşınına və ortadakı ağaca kəndirlərlə bağlanıb. Daha sonra avtomobil kranların köməyi ilə yerindən çıxarılıb.

TRT Haberin məlumatına görə, bir müddət trafikə bağlı olan yol qrupların işindən sonra nəqliyyata açılıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Alimlər xoşbəxtliyin əsas amillərindən birinin səmimi ünsiyyət qurmaq olduğunu bildirirlər

Aynur Camal

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

Ərdoğan: XXI əsr “Türk dünyasının əsri” olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu