Baş xəbərHadisə

Değirmen Çayı daşdı

Bugun.tv xəbər verir ki, Güclü leysan səbəbiylə Kırklarelində sel olub, Değirmen çayı daşıb. Səhər saatlarından başlayan leysan şəhərin şimalında güclü şəkildə davam edir. Yağış səbəbindən su axını artan və yatağından çıxan Değirmen dərəsi Dəmirköy ilə İğneadanı birləşdirən magistral yolun üzərindən axmağa başlayıb. Asfaltın bəzi hissələrini zədələyən sel nəticəsində yol nəqliyyatın hərəkətinə bağlanıb. Daşqın bütün ölkəyə yayılmaqda davam edir. Hava istiliyinin 17 dərəcə olduğu bölgədə güclü leysan yağışların sabaha qədər fasilələrlə davam edəcəyi təxmin edilir. Kırklareli valisi Birol Ekici də bölgəyə gələrək qruplardan davam edən işlər haqqında məlumat aldı.

TRT Haberin məlumatına görə, Ədirnədə zaman-zaman leysan yağışları güclənir. Havanın temperaturu 19 dərəcə olaraq ölçülən şəhərdə yağıntıların axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Sərnişin bərəsində yanğında ölənlərin sayı 35-ə çatdı

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu