Image default
Baş xəbər

Prezident İlham Əliyev Mərakeşin Kralına başsağlığı verib

Bugun.tv xəbər verir ki, Prezidenti İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə bu ölkədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Dövlətimizin başçısının bununla bağlı göndərdiyi məktubda qeyd edilib: “Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı”.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Kral VI Məhəmmədə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Mənbə: Azərtac

 

Bugün TV

Oxşar xəbərlər

E.Dərziyeva: “Xeyirxahlığı ilə ömür qazanan insan – əqrəbam Selahattin Turanın əziz xatirəsinə”

Elnarə Dərziyeva

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Ceyhun Məmmədov: 15 İyul Türkiyə xalqının iradə və həmrəyliyinin simvoludur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu