DünyaHadisə

Daşqınlar nəticəsində 2 nəfər öldü

Bugun.tv xəbər verir ki, Liviya Milli Birlik Hökuməti ölkənin şərqində müxtəlif bölgələrdə baş verən sel fəlakəti nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb. Hamude bildirib ki, əlverişsiz hava şəraitindən ən çox təsirlənən bölgələr ölkənin şərqindəki “Sahil Cebel əl-Ahdar” və “Tukra”dır. Baş nazir Əbdülhəmid Dibeybe də müxtəlif xidmət şirkətlərinə və təhlükəsizlik agentliklərinə sel fəlakəti ilə əlaqədar müvafiq orqanlara lazımi dəstəyi göstərmək üçün öz qruplarını şərq bölgəsinə göndərmələri barədə göstəriş verib. Liviyanın şərqindəki səlahiyyətlilər, Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” fırtınası səbəbindən bütün dövlət və özəl təhsil müəssisələrində dərslərin dayandırılması, mağazaların bağlanması və komendant saatı da daxil olmaqla bir sıra tədbirlər gördü. Əlverişsiz hava şəraiti Liviyanın Benqazi, Beyda, Merac, Susa və Derna şəhərlərinə də təsir edib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Avropa İttifaqı Ukraynaya 45 milyard avroluq yeni kredit ayırmağı təklif edir

Aynur Camal

Tramp BBC-yə qarşı 10 milyard dollarlıq iddia üzrə ifadə verməlidir

Aynur Camal

Britaniyada 300 mindən çox gəncin iştirakı ilə sosial media məhdudiyyətləri araşdırılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu