Baş xəbərHadisə

454 qeyri-qanuni miqrant tutuldu

Bugun.tv xəbər verir ki, Ədirnədə qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə aparılan yoxlama və nəzarətlər zamanı iki gündə 454 qeyri-qanuni miqrant yaxalanıb.Ədirnə Jandarma Komandanlığı və Ədirnə Təhlükəsizlik Müdirliyi qrupları şəhər mərkəzi və rayonlarda yoxlamalarını davam etdirir. Jandarma qrupları Ədirnə şossesinin ödəniş məntəqələrində dronlarla yoxlamalar aparıb. Dayandırılan taksilərdə Suriya vətəndaşı olan 9 qeyri-qanuni miqrant aşkar edilib. “İnsan alveri”nə görə saxlanılan taksi sürücülərinin hər biri 4500 lirə məbləğində cərimələnib. Tutulan qeyri-qanuni miqrantlar əməliyyatlarının ardından İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.

TRT Haberin məlumatına görə, Ədirnə daxilində nizamsız köçün qarşısını almaq üçün yoxlamaların getdikcə davam edəcəyi öyrənildi.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Kaliforniya sahillərinə nəhəng isti su dalğası yaxınlaşır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistan və Gürcüstandan Alban irsi ilə bağlı iddialar bir mərkəzdən idarə olunur

Aynur Camal

Vüqar Bayramov: Azərbaycanın xarici borcu ÜDM-in 5,6 faizini təşkil edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu