8 C
Baku
7 Fevral 2026, 22:25
Baş xəbər

Xankəndi şəhərində qəsdən yanğınlar törədilir

Daxili İşlər Nazirliyi məlumat yaydı

Bugun.tv xəbər verir ki, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra bütün ərazilər tam nəzarətə götürülməklə müşahidələr aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Daxili İşlər və Müdafiə nazirliklərinin əməkdaşları tərəfindən bölgədə hüquq qaydasının təmini istiqamətində kompleks tədbirlər görülür, müvafiq postlar quraşdırılmaqla xidmət təşkil edilib.

Müşahidə olunur ki, əsasən Azərbaycan Respublikasının Xankəndi şəhərində qarşı tərəf qəsdən yanğınlar törədir, müxtəlif inzibati binalarda sənədlərin, maddi sübutların, arxivlərin məhv edilməsi prosesini həyata keçirir.

Azərbaycan Respublikasının müvafiq dövlət qurumları bölgədə mövcud vəziyyətə tam nəzarət edir, erməni əsilli vətəndaşlarımıza humanitar köməkliklər göstərirlər, daxil olan müraciətlərə etinasız yanaşmırlar.

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu