12 C
Baku
15 Mart 2026, 12:16
Baş xəbər

Prezident Ərdoğan: “Zəngəzur və Laçın sülh dəhlizi olmalıdır”

Bugun.tv xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycana bir günlük səfərdən qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb. “Zəngəzur çox önəmlidir. Bu dəhlizin ən qısa zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Ermənistan bu işlərə yol açmasa, İrandan keçəcək. Arzumuz bu yerlərin açılmasıdır”, – Ərdoğan deyib.

Onun sözlərinə görə, Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. “Bu güclü bağ sayəsində önümüzdəki dövrdə qaçmaqla yeriməkdən qat-qat çox məsafə qət edəcəyik. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır. Həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik”, – o vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu