25 C
Baku
24 Sentyabr 2026, 23:12
Baş xəbər

Ukraynanın öldüyünü iddia etdiyi rus komandir Sokolov sağdır

Bugun.tv xəbər verir ki, Ukraynanın öldüyünü iddia etdiyi Rusiya Qara Dəniz Donanması Komandanı Viktor Sokolov Rusiya Müdafiə naziri Şoyqunun qatıldığı toplantıda görüntülənib.

Qeyd edək ki, sentyabrın 22-də Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahını vurması nəticəsində Sokolovun öldüyü iddia edilib.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 22-də Sevastopolda Rusiyanın Qara dəniz donanmasına edilən hücumla bağlı açıqlamasında, “Kiyev rejimi Sevastopol şəhərinə raket hücumu etdi. Hücum dəf edilərkən, 5 raket vuruldu. Hücum nəticəsində Qara dəniz donanmasının tarixi qərargahı dağıdılıb. Binaya ziyan dəyib. Hücumdan sonra bir rus əsgərindən xəbər olmadığı bildirilib”, – bildirib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 11-ci Ayurveda Gününü qeyd etmək məqsədilə festival təşkil etdi

Aynur Camal

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu