12 C
Baku
15 Mart 2026, 13:11
Baş xəbər

Nyu Yorkda rekord miqdarda yağış yağdı: “Küçələr su altında qaldı, fövqəladə vəziyyət elan edildi”

Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərinə rekord miqdarda yağış yağıb. Yağışlar kanalizasiya sisteminə ziyan vurub və ölkənin ən sıx məskunlaşdığı şəhərin küçələrini su basıb. Metronun hərəkəti dayandırılıb. Fövqəladə vəziyyət elan edilib.

Nyu-York yağış suları altında qaldı
Nyu-York su altında

 

Nyu-York qubernatoru Kathy Hochul, intensivliyini artıran və bəzi xətlərdə metro nəqliyyatının qarşısını alan yağış suları ilə mübarizə üçün keçən həftə ümumiyyətlə yağışlı olan Nyu Yorkda fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Bruklin bölgəsindəki daşqınlar səbəbindən 4 metro xəttində xidmətlər kəsilərkən, Nyu York Böyükşəhər Nəqliyyat İdarəsi (MTA) metro xidmətinin son dərəcə məhdud olduğunu və bəzi stansiyalarda xidmətlərin dayandırıla biləcəyini açıqlayıb.

Su altında qalan avtomobillər
Su altında qalan avtomobillər

Nyu York şəhərinin fövqəladə hallar üzrə komissarı Zak İskol verdiyi açıqlamada, “Səyahət etmək lazımdırsa, ictimai nəqliyyatı seçin. Su basmış yollara girməyin. Zirzəmidə yaşayırsınızsa, daha yüksək yerə köçməyə hazır olun” deyə xəbərdarlıq edib.

Nyu York Polis Departamenti də çoxsaylı yolların bağlandığını elan edib və Milli Qvardiyanın yerləşdirildiyini bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu