Baş xəbərHadisə

Güclü yağış oldu: Yollar gölə çevrildi, 3 nəqliyyat vasitəsi xarab oldu

Bugun.tv xəbər verir ki, Kocaelinin Gebze mahalında iki gündür şiddətli yağış baş verib. Güclü yağış səbəbindən küçə və prospektləri su basıb. Yağış səbəbindən nəqliyyatın hərəkətində problemlər yaranıb, 2 fəhlə servisi və 1 avtomobil xarab olub. Mahalda fasilələrlə yağan leysan sonra D-100 avtomobil yolunun Eskihisar Bərə Yolu Qovşağını örtən su səbəbiylə əraziyə xilasetmə və polis qrupları sövq edilib. Komandalar təhlükəsiz zona yaradıb və nəqliyyat vasitələrinin keçidinin riskli olduğu kəsişməni hərəkətə bağlayıb. Qovşaqda yığılan su Kocaeli Su və Kanalizasiya İdarəsi Baş Müdirliyi (İSU) qrupları tərəfindən boşaldıldıqdan sonra yol nəqliyyata açılıb.

TRT Haberin məlumatına görə, Kocaeli Böyükşəhər Bələdiyyəsi və rayon bələdiyyələrinin qrupları gölməçələrin olduğu yerlərdə tədbir görməyə çalışır.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi son 5 ildə 6 dəfə artıb

Aynur Camal

Məktəbdə atışma: direktor və müəllim yaralanıb

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Milli birliyimizi, bütövlüyümüzü və dəyərlərimizi qorumalıyıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu