Baş xəbərDünya

Qəzzada İsrailin hücumları nəticəsində zərər görən İordaniya səhra xəstəxanası xidmətə davam edəcək

Bugun.tv xəbər verir ki, İordaniya Qəzza zolağında İsrailin hücumları səbəbiylə xidmətdən çıxmış İordaniya səhra xəstəxanasının işini davam etdirəcəyini açıqlayıb. İordaniyanın Baş naziri Bəşir əl-Həsavnenin Nazirlər Şurasında məsələ ilə bağlı açıqlaması İordaniya Baş Nazirliyinin X sosial media platformasında yer alıb.

TRT Haber-in məlumatına görə, Hasavne, “Qəzza zolağındakı İordaniya səhra xəstəxanası xidmət etməyə davam edəcək. Xəstəxana ayaqda qalacaq və İordaniyanın (Fələstinli) qardaşlarımıza sadiqliyinə şahidlik edəcək” dedi. Dünən İordaniya dövlət televiziyası Əl-Memleke-də yayımlanan xəbərdə İsrailin hücumlarında zərər görən İordaniya səhra xəstəxanasının İsrailin ətraf əraziləri bombalaması və ona gedən yolları kəsməsi səbəbilə tamamilə xidmətdən çıxdığı qeyd edilib. 2009-cu ildə İordaniya ordusunun nəzdində yaradılmış İordaniya səhra xəstəxanası gündə 1000-1200 nəfərə pulsuz xidmət göstərir.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu