Baş xəbərSosial

Qanunsuz ov edənlərə qarşı reyd keçirildi: 2 nəfər saxlanıldı

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidməti ilə PTX-nın (Prezidentin Təhlükəsizlik Xidməti) Hərbi ovçuluq təsərrüfatının əməkdaşları tərəfindən Sarısu ovçuluq təsərrüfatında növbəti reyd keçirilib.
Bugun.tv xəbər verir ki, reyd zamanı ərazinin mühafizə rejiminin pozulması faktı aşkarlanıb. Nəticədə 2 nəfər Küveyt vətəndaşı saxlanılıb. Beləliklə də, növbəti qanunsuz ovun qarşısı alınıb.
Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb. PTX- nın Sarısu Hərbi ovçuluq təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətləri əməkdaşları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində yoxlamalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

“ABŞ İranla dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə bilər”

Aynur Camal

Qazaxda əlilliyi olan uşaqlar və ailələri üçün tibbi-humanitar aksiya keçirildi

Aynur Camal

258 milyon manat Naxçıvanda hansı layihələrə xərclənəcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu