Baş xəbərDünya

Aİ Şurasının Gürcüstana namizəd ölkə statusu verməsi münasibətilə Tbilisidə izdihamlı mitinq və konsert oldu

Tbilisidə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusunu alması münasibətilə izdihamlı mitinq və konsert proqramı təşkil olunub.

Bugun tv xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə Tbilisinin Azadlıq meydanında keçirilən aksiyada 100 minlərlə insan iştirak edib.

Tədbirdə Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib.

Mərasimdə Gürcüstan Baş naziri İrakli Qaribaşvili, Prezident Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, dövlətvə hökumət üzvləri, parlamentin deputatları, siyasi partiyaların rəhbərləri və üzvləri, ictimaiyyət nümayəndələri, Tbilisidəki diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Baş nazir İrakli Qaribaşvili Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunu almasını ölkəsinin Avrointeqrasiya yolunda qələbəsi adlandırıb və bu münasibətlə xalqı təbrik edib.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski də gürcü xalqını təbrik edib, ölkənin namizəd statusu almasını tarixi hadisə adlandırıb.

Tədbir konsert proqramı ilə davam edib.

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu