12 C
Baku
28 Aprel 2026, 9:34
Baş xəbərMədəniyyət

Əməkdar jurnalist Mətabət Ağamirli yazır…

Bugun.tv xəbər verir ki, əməkdar jurnalist Mətanət Ağamirli, Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib. O, səfərlə bağlı fikirlərini sosial şəbəkə hesabında paylaşıb:
“Şimali Kipr Türk Cümhuriyyəti səfərindən heç vaxt unudulmayacaq təəsüratlarla qayıtdıq. Qadın həmrəyliyini genişləndirmək adına Türkiyə, Özbəkistan və Azırbaycan ziyalı xanımları ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinə etdiyimiz əməkdaşlıq səfəri çərçivəsində dövlət və qeyri-dövlət sektoru ilə çoxsaylı görüşlərimiz baş tutdu. Özəlliklə Kıbrısın ziyalı xanımları, bilim adamları, STK təmsilçiləri ilə təmaslar hər kəsdə dərin iz buraxdı. İlk gələnlərin ada ilə tanışlığı KKTC qurucusu və ilk Cumhurbaşkanı Rauf Denktaşın, eski Kıbrıs Cumhuriyeti’nin ilk Cumhurbaşkanı yardımcısı Fazıl Küçükün məzarının anımı ilə başladı… Əminəm ki, alınan təəssürat səfər içturakçılarının gələcək fəaliyyətlərində mütləq öz rolunu göstərəcək. Səfər boyu Şərqi Aralıq dənizində Osmanlı İmperatorluğunun ən güclü qalası sayılan KIBRISI adanın çox dəyərli ziyalısı, aydını, Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyinin sədri Latif Akçanın Türk-Türkçülük sevgisi ilə tanımaq da böyük bir şans oldu. Hər şey üçün dərin təşəkkürlərimizlə”
Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu