Baş xəbərHadisə

5 mərtəbəli binada yanğın

Bugun.tv xəbər verir ki, Sakaryanın Adapazarı rayonunda 5 mərtəbəli binanın üst mərtəbəsində yanğın baş verib. Yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülən yanğında can itkisi və xəsarət alan olmasa da, mənzil yararsız hala düşüb. Adapazarı rayonu, Yenigün məhəlləsi, Tepeli küçəsində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində suriyalı ailənin yaşadığı mənzildə naməlum səbəbdən yanğın baş verib.

TRT Haber-in məlumatına görə, yanğını görənlərin xəbəri üzərinə hadisə yerinə xilasetmə və polis qrupları sövq edildi. Xilasetmə qrupları yarım saatlıq müdaxilədən sonra yanğını söndürüb. Yanğın zamanı mənzil yararsız hala düşüb.

Can itkisi və yaralanma ilə nəticələnən yanğının səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Bugün TV

Oxşar xəbərlər

Ceyhun Məmmədov – Bu gün müsəlmanlar Mövlud gününü qeyd edir

Aynur Camal

Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasına çağırdı

Aynur Camal

Vüqar Bayramov: Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 34 faiz artdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu