Baş xəbərDünya

Praqa Universitetinə hücum zamanı üç əcnəbi yaralandı

Praqada yerləşən Karlova Universitetinin Fəlsəfə fakültəsində baş verən gülləbaran nəticəsində yaralananlar arasında üç xarici ölkə vətəndaşı da var.

Bugun.tv xəbər verir ki, Çexiyanın daxili işlər naziri Vit Rakuşan bu barədə sosial media hesabında yazıb. Yaralanan əcnəbilərdən birinin Niderland, ikisinin isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olduğu bildirilir.

Polşa polisinin məlumatına görə, Çexiyada insanların çox olduğu yerlərin, o cümlədən təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülüb.

Son məlumata görə, Karlova Universitetinin Fəlsəfə fakültəsində gülləbaran nəticəsində 14 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yaralılardan 10-nun vəziyyəti ağırdır.

Cinayəti törədən 24 yaşlı tələbə David Kozak hadisə yerində intihar edib.

Bugün TV

Oxşar xəbərlər

Dünyanın ən böyük canlı orqanizmi ilk dəfə səs çıxardı

Aynur Camal

Dünya Kuboku zamanı mümkün epidemiyalarla bağlı xəbərdarlıq edilib

Aynur Camal

Dünyanın karbon büdcəsi üç ilə tükənə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu