Baş xəbərHadisə

Avtobus qəzası nəticəsində 16 nəfər öldü

Şənbə günü Nikaraquanın mərkəzində, Mataqalpa departamentinin Mancera bələdiyyəsi yaxınlığında içərisində təxminən 70 nəfərin olduğu sərnişin avtobusu aşıb.

Bugun.tv xəbər verir ki, bu barədə yerli mətbuat yayıb. Qəza nəticəsində ən azı 16 nəfər həlak olub. Ölənlər arasında 6 azyaşlı da var. İyirmidən çox insan xəsarət alıb və onlara tibbi yardım göstərilir.

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır. İlkin məlumata görə, avtobusun aşmasına səbəb körpünün hasarına çırpılması olub.

Bugün TV

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu